Bazar günü hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Kommersant.az"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 20-22°, gündüz 28-32° isti, Bakıda gecə 20-23°, gündüz 30-32° isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70% , gündüz 40-45% olacaq.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Sentyabrın 16-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti təşkil edəcək.
Digər xəbərlər
Fitch xəbərdarlıq edir: Müharibə uzanarsa, inkişaf etmiş ölkələrdə risklər artacaq
Türkiyə-İraq razılaşmasından sonra neft qiymətləri düşdü: 103 dollardan aşağı düşdü
ZEW: Yaxın Şərqdəki müharibə Almaniya iqtisadiyyatına olan inamı sarsıdır
İspaniya neft qiymətlərinin artmasına cavab olaraq 11,5 milyon barel neft buraxacaq
"AFB Bankın" keçmiş vəzifəlisi həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına ötən il 7 milyon dollardan çox investisiya yatırıb


.jpg)



.jpg)



















.jpg)






































