USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ekspert veteran ailələrinə vergi güzəştiylə bağlı suala aydınlıq gətirdi

14.02.2020 İqtisadiyyat
0 0
"Əgər vətəndaşın müraciətinə müsbət cavab verilib, güzəştlərin tətbiqi haqqında qərar çıxarılırsa, yanvarın 1-dən vətəndaşın müraciət etdiyi tarixə qədər olan ödənişlərin güzəştli hissəsi geri qaytarılmalı və ya güzəşt həmin tarixdən hesablanmlıdır. Çünki qərar yanvarın 1-dən qüvvəyə minib”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində döyüşmüş müharibə iştirakçılarının övladlarına vergi güzəşti tətbiq edilməsinin hansı tarixdən hesablanması sualına cavab verərkən deyib.

"Qanunvericilikdə belə bir məsələ var ki, əgər gecikmələr belə olubsa, məsələ qanunda hüquqları nəzərdə tutulmuş insanın xeyrinə həll olunmalıdır. Dövlət burada ona "siz gec mürüciət etmisiniz” deməməlidir”.

Vətəndaşın müraciətdində müxtəlif məsələlərə görə gecikmələr, (məsələn, gec xəbər tuta bilər, ölkədə olmaya bilər və s.) ola bilər. Bu, o demək deyil ki, həmin vətəndaş bu haqqından, hüquqdan məhrum edilməlidir. Əksinə, burda qanun və məntiq onu deyir ki, qanun yanvarın 1-dən qüvvəyə minib, ondan sonrakı müddət üçün ödənişlər olub və daha sonra müraciətə müsbət cavab verilibsə, həmin ödənişlər də vətəndaşa geri qaytarılmalıdır.

"Burada pozitiv ayrımçılıq məsələsi var. Qanun verdiyi haqları dövlət orqanları geri ala bilməz”.

Qeyd edək ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. Müraciətdə qeyd olunan şəxsin güzəşt hüququnun müəyyən edilməsi üçün sözügedən qurumlara müraciət etmək tövsiyə olunur.