USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Soyuducunuz sizi izləyir" - İngiltərədən iddia

24.01.2023 İqtisadiyyat
9 0
İngiltərədə hazırlanan hesabat ölkəni təşvişə salıb. Hesabata görə, Çin insanları soyuducu və digər ağıllı məişət texnikası vasitəsilə izləyir.

Pekinlə bağlı hökumətə məsləhətlər verən keçmiş diplomat Çarlz Parton tərəfindən yazılan hesabat "Oyanmaq vaxtıdır. Azad ölkələr Çin istehsalı olan modulları tez bir zamanda tədarük zəncirlərindən çıxarmalıdır" sözləri ilə başlayır.

Hesabata görə, Çin ağıllı soyuduculardan və proqram vasitəsilə idarə oluna bilən bütün məişət cihazlarından istifadə edən insanları izləyə bilər.

Hökuməti təşvişə salan nüans isə Çin şirkətlərinin avtomobil və məişət cihazlarında istehsal etdiyi mikroçiplərdir.