USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya və Pakistan neft tədarükü ilə bağlı razılığa gəliblər

20.01.2023 İqtisadiyyat
0 0
Energetika nazirinin müavini Sergey Moçalnikov bildirib ki, Rusiya və Pakistan neft və neft məhsullarının tədarükü ilə bağlı konseptual razılıq əldə ediblər.

"Pakistana neft və neft məhsullarının tədarükü ilə bağlı konseptual razılaşmalar əldə olunub", bunu Moçalnikov iki ölkənin hökumətlərarası komissiyasının plenar iclası zamanı deyib. Moçalnikov onu da qeyd edib ki, tərəflərin görüşləri zamanı “Pakistan axını” ilə bağlı bütün məsələlər müzakirə olunub və onlara “cavab verilib”.