Elektron ticarətə girərkən nələrə diqqət edilməlidir?

21.01.2023 İqtisadiyyat
0 0
Son illərdə durmadan böyüyən e-ticarət, Kovid-19 epidemiyası ilə rekord səviyyəyə çatdı. Elektron ticarətin mövcud vəziyyətində e-ticarət bazarları mühüm satış kanalı kimi önə çıxır.

Elektron ticarət sektoruna yeni başlayanlar “nə qədər satar” məntiqi ilə araşdırma apararaq anlamadıqları işlərə girə bilər. Bu qazancdan çox itki gətirə bilər. Bundan əlavə, unutmaq olmaz ki, hər böhran dövrü özünə yeni imkanlar daxil yaradır.

Bir e-ticarət saytının edə biləcəyi ən böyük səhvlərdən biri davamlı olaraq mobil telefon nömrələrinə mesaj göndərməkdir. Potensial müştəri alış-verişə gəlsə də, bu davranışınızdan narahat olacaq. Və zamanla sizi "səssizə qoyacaq".

Alış-veriş zamanı anketləri nə qədər uzadıb lazımsız məlumat istəsəniz, müştərini bir o qədər bezdirirsiniz. Elektron poçt ünvanı, mobil telefon, parol və ünvan məlumatı kifayətdir.

Göndərmə xərcləri nə qədər yüksək və yük xidməti nə qədər zəif olsa, müştərinin saytınızdan ikinci alış-veriş etmə ehtimalı bir o qədər azdır. Çatdırılma söz verilən günə qədər edilməlidir.