USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah leysan və qar yağacaq - XƏBƏRDARLIQ

05.12.2018 İqtisadiyyat
0 0
Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə "Kommersant.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilb.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Nazirlik xəbərdarlıq edir ki, dekabrın 7-dən ayın birinci ongünlüyünün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

  • Əvvəlki

    Azərbaycanda əmanətlərin dedollarlaşması sürətlənib

Digər xəbərlər