“Azərişıq”da yeni təyinat

15.12.2018 İqtisadiyyat
“Azərişıq” ASC-nin Tədris Mərkəzində yeni təyinat olub.

"Kommersant.az" xəbər verir ki, "Azərişıq" ASC-nin Tədris Mərkəzinə direktor vəzifəsinə Araz Məmmədzadə təyin edilib.

O, daha əvvəl qurumun Satış departamentində çalışıb və yeni vəzifəsində "Azərenerji" ASC-nin prezidenti Balababa Rzayevin müşaviri təyin edilmiş Vüqar Əliyevi əvəz edib.