USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metroda gediş haqqının artmasına baxmayaraq...

07.01.2019 İqtisadiyyat
0 0
Bu il Bakı Metropoliteni dövlət büdcəsindən birbaşa dotasiya şəklində 45 milyon manat alacaq. Bu, əvvəlki iki il ərzində maliyyə zərərlərini ödəmək üçün dövlətdən alınan yardımın miqdarına uyğun gəlir. Halbuki 2018-ci ilin avqustundan etibarən metroda gediş haqqı 50%-ə artırılıb.

"Kommersant.az" xəbər verir ki, metroda gediş haqqının artmasına baxmayaraq büdcədən dotasiya ötən il səviyyəsindədir.

Nə hökumət, nə də Bakı Metropoliteni subsidiyaların həcminin köhnə səviyyəsində saxlanmasının səbəbləri ilə əlaqədar heç bir şərh vermir. Metropoliten 2018-ci ildəki gəlirlərini açıqlamır. Sərnişin axını il ərzində təxminən 1,1% artıb.

2017-ci ildə yeraltı sərnişin daşımalarından 44,3 milyon manat əldə edilib. Maraqlıdır ki, 2017-ci ildə dövlət büdcəsində metropolitenə 30 milyon manat səviyyəsində maddi yardım nəzərdə tutulub. Amma Nazirlər Kabinetinin sərəncamına əsasən, Bakı Metropoliteninə daha 15 milyon manat subsidiya verilib.

  • Əvvəlki

    Təbiətimizi qoruyaq, ödənişləri onlayn keçirək! - AGBANK-DAN İNTERNET BANKİNQ

Digər xəbərlər