USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək

21.01.2019 İqtisadiyyat
0 0
Doğum evlərində (şöbələrində) “Körpə dostu” xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur.

"Kommersant.az"-ın məlumatına görə, bunu Trend-ə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

Onun sözlərinə görə, "Körpə dostu" xəstəxana standartlarının ən əsas xüsusiyyətlərindən biri yeni ana olmuş qadınlara düzgün məsləhətlərin verilməsidir. Bu məsləhətlərdən biri də uşağın müəyyən yaşa qədər yalnız ana südü ilə qidalanması ilə bağlıdır.

E.Karvardinin sözlərinə görə, ötən 20 ildən artıq dövr ərzində Azərbaycanda ana və uşaq ölümünün azaldılması baxımından əhəmiyyətli irəliləyişlər əldə edilib:

"Ümumiyyətlə, ana və uşaqların sağlamlığı, qidalanması ilə bağlı ölkədə çox təqdirəlayiq irəliləyiş var. Məsələn, uşaq ölümünə səbəb olan poliomielit (ağır iflic) xəstəliyinin kökü kəsilib. Düşünürəm ki, növbəti mərhələdə əsas diqqət xidmətlərin bütün uşaqlar üçün təmin edilməsinə yönələcək. Sözsüz ki, xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi də diqqət mərkəzində olmalıdır".

UNİCEF rəsmisi əlavə edib ki, UNİCEF bu istiqamətdə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq çərçivəsində UNİCEF xidmətlər paketində uşaq və anaların ehtiyac duyduğu əsas xidmətlərin müvafiq keyfiyyət standartları əsasında təmin edilməsinə dəstək göstərəcək:

"Məqsəd odur ki, Azərbaycanda ana və uşaqlar ehtiyac duyduğu xidmətlərdən ən optimal şəkildə istifadə etsinlər. Biz də bu sahədə iş birliyinin olmasını çox həvəslə gözləyirik. Hesab edirik ki, bu əməkdaşlıqdan növbəti illərdə minlərlə ana və uşaq bəhrələnəcək".

  • Əvvəlki

    Bu günə olan - RƏSMİ MƏZƏNNƏLƏR

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0