Rusiyada benzin və dizel yanacağı üzrə aksiz vergisinin azaldılması 2018-ci il iyulun 1-dən etibarən həyata keçirilməlidir
"Kommersant.az" xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Dmitri Kozak deyib.
Onun sözlərinə görə, bu, iyulun 1-dən gec olmayaraq baş tutmalıdır:
"Bazarın əvvəlki vəziyyətinə əsasən aksiz vergisini 500 rubl artırmağı planlaşdırdıq. Xatırladım ki, 2010-cu ildən bəri yanacaqdoldurma üzrə aksizlər 2,5 dəfə artıb. Bu neft məhsulları üzərindəki təzyiqi göstərən əhəmiyyətli bir faktordur. Bununla əlaqədar aksiz vergisinin azaldılmasına qərar verildi. Benzinin hər tonuna görə, aksizin məbləği 3 min rubl azaldılacaq".
D.Kozaka görə, bu, bazardakı vəziyyəti stabilləşdirəcək.