USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Türkmənistan ilə ikiqat vergitutmadan azad olunacaq

03.05.2019 İqtisadiyyat
0 0
1 yanvar 2020-ci ildən etibarən Azərbaycan Türkmənistan ilə ikiqat vergitutmanın aradan qaldırılması prinsipinin tətbiqinə başlayacaq. Bu barədə Vergilər Nazirliyindən məlumat verilir.

"1 yanvar 2020-ci ildən etibarən Türkmənistanla gəlirlərə və əmlaka görə ikiqat vergitutmanın aradan qaldırılması prinsipi tətbiq olunacaq. 2018-ci il noyabrın 22-də tərəflər arasında müvafiq saziş imzalanıb. Tərəflər 12 fevral 2019-cu il tarixində sazişi təsdiq ediblər", – nazirlikdən qeyd ediblər.

Beləliklə, Azərbaycanın ikiqat vergitutmanın aradan qaldırılması prinsipini tətbiq etdiyi ölkələrin sayı 52-yə çatıb. Bundan başqa, bu istiqamətdə sazişlərin imzalanması məqsədilə bir sıra ölkələrlə məsləhətləşmələr aparılır.

İnterfaks-Azərbaycan

  • Əvvəlki

    “Buta Airways” Xarkova uçuşlar həyata keçirəcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0