USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfər Mehdiyev Türkmənistan Dövlət Gömrük Xidməti nümayəndə heyəti ilə görüşüb

09.05.2019 İqtisadiyyat
0 0
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən verilən məlumata görə, S. Mehdiyev iki ölkə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdəki işgüzar əlaqələrdən söhbət açıb, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.

Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində aparılan islahatlardan bəhs edib, tətbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Qeyd edilib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərndə yerləşməsi Azərbaycanın beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan ölkəmiz, xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi gömrük işinin təşkili istiqamətində də səmərəli və işğüzar münasibətlərin qurulmasına önəm verir. Komitə sədri nəqliyyat-tranzit dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində Azərbaycanla-Türkmənistan arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, iki ölkənin gömrük orqanlarının qarşılıqlı olaraq qabaqcıl təcrübə və məlumat mübadiləsinini gücləndirəcəyinə əminliyini ifadə edib.

Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyev ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Qonaq bugünkü görüşün də əlaqələrin möhkəmlənməsi, xüsusilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilmsi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Report