Qoşqar Təhməzli: Bütün sahibkarlara lazımi dəstəyi göstərməyə hazırıq

10.05.2019 İqtisadiyyat
Qida məhsullarının saxlanması, daşınma və satış rejimləri, sanitar gigiyenik və sanitar normaları var. Təbii ki, bütün qida müəssisələri həmin normalara əməl etməlidir.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, sahibkarlar qida məhsullarının daşınması, saxlanması və satışında sanitar normalara riayət etməlidirlər.

Agentlik sədri əlavə edib ki, qarşıdakı 7 il ərzində sahibkarlıq strukturlarına təlim-tədris işlərində yardımçı olmaq lazımdır ki, onlar ölkəmizdə beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi sistemini qura bilsinlər:

"Bitkiçilik məhsullarına tətbiq olunan aqrokimyəvi preparatların, bitki mühafizəsi vasitələrinin, quşçuluq və heyvandarlıq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin, heyvan mənşəli baytarlıq preparatlarının tətbiqi ciddi önəm daşıyır. Çünki yem və yem əlavələri həmin məhsulun təhlükəsizlik göstəricilərini birbaşa özündə əks etdirir. İstər daşınma, istər saxlanma mərhələlərində sanitar normalara əməl olunmalıdır. Bütün sahibkarlara lazımi dəstəyi göstərməyə hazırıq".

Trend

  • Əvvəlki

    SOCAR BP ilə 1,8 milyard dollarlıq layihəyə başlamaq niyyətindədir - Türkiyədə

Digər xəbərlər

06.12.2021 İqtisadiyyat
Pensiya alanlara mühüm xəbər
0 0
06.12.2021 İqtisadiyyat
Brent nefti bahalaşıb
0 0