Azərbaycana aqrar təyinatlı 10-15 dron gətiriləcək

14.05.2019 İqtisadiyyat
“Azərbaycanda kənd təsərrüfatı sahəsində tətbiq etmək üçün 10-15 ədəd dronun gətirilməsi nəzərdə tutulub”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Toğrul Qafarbəyli bildirib.

Onun sözlərinə görə, dronlardan 1-i pilot layihə çərçivəsində artıq ölkədədir: "Həmin nazirliyin Bitkiçilik İnstituna təhvil verilib. İnstitutun mütəxəssisi ondan istifadə ilə bağlı kurs keçəcək. Bundan sonra digər yerli mütəxəssislər də drondan istifadə edə biləcəklər. Fermerlər dronları icarə qaydasında əldə edəcəklər".