Azərbaycan nefti ucuzlaşdı

18.05.2019 İqtisadiyyat
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,73 ABŞ dolları və yaxud 0,95% azalıb.
"Kommersant.az" xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 75,97 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Report