USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cari ildə qızıl istehsalı 14% artıb

18.05.2019 Bank
0 0
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1073,6 kq qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,0% çoxdur. Bu il mayın 1-nə 256,5 kq hazır məhsul ehtiyatı yaranıb. Bundan başqa, bu ilin 4 ayı ərzində ölkədə 1006,5 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 15,4% çoxdur. Bu il mayın 1-nə 299,9 kq hazır məhsul ehtiyatı yaranıb.