“Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”
"Kommersant.Az" xəbər verir ki, bu barədə Avropa Enerji Cəmiyyətinin direktoru Yanez Kopaç Tbilisidə keçirilən Cənubi Qafqaz Enerji Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan hökumətinin qərarı digər faktorlarla yanaşı Gürcüstanın bu istiqamətdə əldə etdikləri nailiyyətlərlə də bağlıdır: "Azərbaycan Gürcüstanda baş verən proseslərlə çox maraqlanır".
Y.Kopaç qeyd edib ki, Türkiyə energetika sahəsində genişmiqyaslı islahatlar həyata keçirib: "Türkiyə bu sahədə Gürcüstanla daha sıx münasibətlər qurmaq istəyir. Ermənistan, İran və Rusiyanın enerji sistemləri arasında əlaqələr haqqında da eyni fikirləri demək olar. Bütün bu məsələlər regional əməkdaşlıq üçün yeni ideyalar yaradır".
Tədbirdə çıxış edən Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib ki, enerji bazalarına investorların daha effektiv sərmayə yatırması üçün region ölkələrinin enerji qanunvericiliyi Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmalıdır.
Nazir bildirib ki, regiondakı ölkələrin enerji bazarları böyük deyil və bu sahədə ölkələr arasında yaxşı əlaqələr olmalıdır: "Qonşu ölkələrdən asılı olaraq bizim qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı öhdəliyimiz var. Enerji cəmiyyətinin üzvü olaraq biz növbəti illərdə bazarın tam liberallaşdırılmasına gətirib çıxaracaq çox vacib islahatlar həyata keçirəcəyik".
Qeyd edək ki, Cənubi Qafqaz Enerji Sammitində Azərbaycan, Ermənistandan olan nümayəndələrlə yanaşı beynəlxalq təşkilatlar, QHT və özəl sektor təmsilçiləri də iştirak edir. Tədbirdə Cənubi Qafqaz regionunda enerji infrastrukturunun və əlaqələrin inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunur.
Digər xəbərlər
Fitch xəbərdarlıq edir: Müharibə uzanarsa, inkişaf etmiş ölkələrdə risklər artacaq
Türkiyə-İraq razılaşmasından sonra neft qiymətləri düşdü: 103 dollardan aşağı düşdü
ZEW: Yaxın Şərqdəki müharibə Almaniya iqtisadiyyatına olan inamı sarsıdır
İspaniya neft qiymətlərinin artmasına cavab olaraq 11,5 milyon barel neft buraxacaq
"AFB Bankın" keçmiş vəzifəlisi həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına ötən il 7 milyon dollardan çox investisiya yatırıb


.jpg)



.jpg)



















.jpg)






































