Təyyarəyə gecikən nazir istefa verməli oldu

27.05.2019 İqtisadiyyat
Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Josefa Gonzalez-Blanko iş səyahətinə çıxacağı sərnişin təyyarəsini 40 dəqiqə gecikdirdiyinə görə istefa verib.

"Kommersant.az" Milli.Az-a istinadən bildirir ki, sərnişinlərin və medianın etirazı ilə qarşılaşan nazir sosial şəbəkədə istefa səbəbini yazmaqla bir növ xalqdan üzr istəyib.

"Başqa bir səbəbi yoxdur. Heç kim üstünlüyə sahib olmamalıdır. Bir nəfərin mənafeyi çoxluğun rifahından üstün olmamalıdır. Hamımız ədalət və bərabərlik dəyərlərinə uymalıyıq.Təyyarənin gecikməsinə mən səbəb oldum. Bu barədə prezident tapşırıq verməyib".

  • Əvvəlki

    Xəzər dənizini hasarlayan məmurlar - FOTO

Digər xəbərlər