USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal sərvət 206 trilyon dollara çatdı

21.06.2019 İqtisadiyyat
0 0
2018-ci ildə insanların malik olduğu sərvət 1,6 faiz artaraq təxminən 206 trilyon dollara çatıb. Ötən ilki artım son 5 ildəki ən aşağı artım olub. 2018-də ən çox sərvət artımı 8,9 faiz ilə Afrikada baş verib.
"Kommersant.az" xəbər verir ki, "The Boston Consulting Group"un (BCG) Qlobal Sərvət Hesabatına (Global Wealth Report 2019) görə, 2017-ci ildə 202,7 trilyon dollar olan qlobal sərvət 2018-ci ildə 1,6 faiz artaraq 205,9 trilyon dollara yüksəlib. 2017-ci ildə qlobal sərvət 7,5 faiz artmışdı. SON 5 İLDƏKİ ƏN AŞAĞI ARTIM Hesabatda, sözügedən artımın son 5 ildəki ən aşağı artım olduğu vurğulanıb, birjalardakı dalğalanmaların yüksək sərvətə malik fərdlərə mənfi təsir etdiyi və qazancı zəiflətdiyi qeyd edilib. 2013-cü ildə qlobal sərvət 159,1 trilyon dollar olaraq açıqlanmışdı. Şimali Amerikada 2018-də insanların malik olduğu maliyyə aktivləri 0,4 faiz, Yaponiyada isə 1,3 faiz azalıb. MİLYONÇULARIN SAYI ARTIB Keçən il milyonerlərin sayı 2,1 faiz artımla 22,1 milyona yüksəlib. Milyonerlər qlobal sərvətin təxminən 50%-nə sahibdirlər. 2018-də ən çox sərvət artımı 8,9 faiz ilə Afrikada qeydə alınıb.Bu nisbət Asiyada 7,1% olaraq reallaşıb. BCG, qlobal sərvətin 2023-cü ildə 272 trilyon dollara çatmasını, milyonerlərin sayının da 27,6 milyona qalxmasını gözləyir.
  • Əvvəlki

    Azərbaycanda “KOB-kadr bankı” yaradılır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0