USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan sahibkarları Həştərxanda ixracın genişləndirilməsini müzakirə ediblər

31.05.2018 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi bu ilin ilk ixrac missiyasını Rusiyanın Həştərxan vilayətinə təşkil edib.

Nazirlikdən "Kommersant.Az"a verilən məlumata görə, ixrac missiyasına ölkəmizdə emal və kənd təsərrüfatı, yüngül sənaye, fındıq emalı, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox yerli şirkətin nümayəndəsi daxildir.

Bu gün AZPROMO-nun təşkilatçılığı ilə Həştərxanda Azərbaycan və Rusiya şirkətləri təmsilçilərinin ikitərəfli görüşü keçirilib. 40-a yaxın Rusiya şirkətinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycan məhsulları barədə məlumat verilib, iqtisadi-ticarət əlaqələrinin, xüsusilə ixracın genişləndirilməsinə dair müzakirələr aparılıb.

  • Əvvəlki

    Kriştianu Ronaldu 8 il həbs cəzası ala bilər

Digər xəbərlər