Azərbaycanda sığorta sahəsi ilə bağlı yeni təlimatlar hazırlanıb

31.05.2018 Bank
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin hüquq komitəsinin görüşü keçirilib.

"Kommersant.Az" xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli və digər nümayəndələri, həmçinin komitənin üzvü olan şirkətlərin nümayəndələri iştirak edib.

Görüşdə "Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları" və "Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat" layihələrinə baxılıb. Layihələri komitə üzvləri geniş müzakirə edib. Layihələrdə sığortaçılar üçün əhəmiyyətli hesab olunan məqamlar vurğulanıb, eləcə də, buradakı mübahisəli məsələlərə əlavə və dəyişiklik təklif edilib.

"Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları" və "Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat" layihələrinə Hüquq komitəsinin verdiyi rəyin Assosiasiyanın adından müvafiq orqana göndərilməsi nəzərdə tutulub.