USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şirkətlər milyardlarla borcu dövlət büdcəsinə yükləyir - RƏSMİ

30.08.2019 İqtisadiyyat
0 0
Azərbaycanın iri dövlət şirkətləri dövlət qarantiyası ilə və ya bunsuz xaricdən iri məbləğdə kreditlər cəlb edir. Amma onları ödəyə bilmir, nəticədə yük dövlət büdcəsinin üstünə düşür.

"Kommersant.az" xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun "Xalq” qəzetində dərc edilmiş və 2019-cu ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin icrasının analizinə həsr edilmiş məqaləsində məlumat verib.

Məqalədən sitat: "Son illər üzrə bu sahədə müşahidə olunan meyillər dövlət müəssisələrinin həm dövlət zəmanəti ilə, həm də zəmanət olmadan götürdükləri borc öhdəliklərini ödəyə bilməməsi hallarının daha çox müşahidə olunduğunu, son nəticədə bu öhdəliklərin bu və digər yollarla dövlət büdcəsi hesabına ödənildiyini göstərir”.

Gülməmmədov habelə qeyd edir ki, hökumətin 2019-2024-cü illər üçün proqnozuna əsasən dövlət müəssisələri büdcəyə kredit ödəmələri üzrə 2 milyard 960 milyon manatdan çox vəsait qaytarmalıdır. Həmin vəsait onların əvəzindən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilib.

Qeyd edək ki, əksər dövlət müəssisələrinin hazırda dollar ekvivalenti ilə milyardlarla dollar xarici borcları var. Manatın iki dəfə devalvasiyaya məruz qalmasından sonra onlar xarici borclarını qaytarmaqda çətinlik çəkməyə başlayıb. Amma o da sirr deyil ki, dövlət şirkətlərinin dövlət qarantiyası ilə cəlb etdikləri kreditləri bir qismi korrupsiya mexanizmləri ilə mənimsənilir, yük isə göründüyü kimi büdcənin çiyninə düşür.

  • Əvvəlki

    Azərbaycanın sabiq Baş prokuroru pensiyasının artırılmasını tələb edir

Digər xəbərlər