USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Türkiyə ərazisi ilə neftin nəqlini 4,5% azaldıb

27.09.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 161 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,5% azdır.

"Kommersant.az" Apa-a istinadla xəbər verir ki, ötən ilin yanvar-avqust aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 168,57 mln. barel yaxın neft nəql edilib.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

  • Əvvəlki

    Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0