Texniki nasazlıq aradan qaldırılıb - Azərbaycan Dəmir Yolları

22.11.2019 İqtisadiyyat
Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumatda deyilir ki, yağışlı hava şəraitinin yaratdığı atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib. Bununla da, Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə dayanmalı olub. Nasazlıq təcili aradan qaldırılıb və qatarlar hazırda qrafikə uyğun hərəkət edir.

"Azərbaycan Dəmir Yolları" yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.