USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sentyabrda Azərbaycanda inflyasiya 2,6% olub

22.11.2019 İqtisadiyyat
0 0
Sentyabr ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artıb ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) 4±2 faiz hədəfindən aşağı göstəricidir.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dünya Bankının (DB) “Azerbaijan Monthly Economic Update – November 2019” adlı hesabatında bildirilib.

Xatırladaq ki, Azərbaycan hökuməti bu ilin sonuna ölkədə inflyasiyanın 3,8% təşkil edəcəyini proqnozlaşdırır.

Hesabatda deyilir ki, sentyabr ayında ərzaq məhsullarının qiymətləri 2018-ci ilin eyni müddəti ilə müqayisədə 5 faiz artıb, qeyri-ərzaq mallarının qiymətlərində inflyasiya dəyişməz olaraq qalıb.

Hesabata qeyd olunur ki, buna cavab olaraq, oktyabrda AMB-ın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8,00%-dən 7,75%-ə endirilməsi haqda qərar qəbul edib.

Mənbə: Apa.Az