USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mikayıl Cabbarovdan qərar – İcrasına şəxsən özü nəzarət edəcək

11.12.2019 İqtisadiyyat
0 0
İqtisadi İnkişaf Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) 2010-cu il 5 yanvar tarixli, F-01 nömrəli əmrində dəyişikliklər edilib.

"Kommersant.az"-ın məlumatına görə, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov qərar imzalayıb.

Qərarda göstərilib ki, həmin əmrlə təsdiqlənmiş “Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması”nın 3.2-ci bəndindən “iqtisad” sözü çıxarılsın.

Həmçinin, “Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması”nın 4.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

“Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

Bununla yanaşı “Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

Xatırladaq ki, əvvəlki əmrdə göstərilirdi ki, mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan qanunvericiliyi əsasında iqtisad məhkəmələrində baxılır

Qərar dekabrın 9-dan qüvvəyə minib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıb.

  • Əvvəlki

    Sakinlər "Şərur" MTK-dan narazıdır - MÜRACİƏT

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0