USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

23.01.2020 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

"Kommersant.az" xəbər verir ki, nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir. Yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var

  • Əvvəlki

    Azərbaycan "2020-ci ilin ən yaxşı ölkələr”i siyahısına düşüb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0