USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mübarizəni kişi kimi aparmaq lazımdır” - Hadı Rəcəbli seçicilərə yağ və pul paylayır?

27.01.2020 İqtisadiyyat
0 0
Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadı Rəcəbli barəsində yayılan məlumatlara münasibət bildirib.

"Kommersant.az" xəbər verir ki, H. Rəcəbli Pravda.az-a açıqlamasında deyib ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan xəbərlər yayılır:

"Yağ və pul paylanılması ilə bağlı yazılanlar tamamilə yalandır, böhtandır. Onlar bunu yazmaqla seçki qanunvericiliyini pozduğumu iddia edirlər. Biz fəaliyyətimizi qanun çərçivəsində həyata keçiririk.

Bundan başqa, guya mən demişəm ki, artıq seçilmişəm… Bütün bunlar bizim işimizə kölgə salmaqdan başqa bir şey deyil. Bunların məqsədi bizi nüfuzdan salmaqdır. Təşviqat ərəfəsidir deyə, işlər çoxdur. Amma biz bunu hüquqi müstəvidə həll edəcəyik. Bizim arxamızda nüfuzlu Yeni Azərbaycan Partiyası və onun sədri, Prezident İlham Əliyev dayanır. Belə olan halda, biz hər hansı qanun pozuntusuna yol verərikmi? Hər hansı uyğun olmayan fikir səsləndirərikmi? Əlbəttə, xeyr. Mübarizəni sivil yolla, kişi kimi aparmaq lazımdır".

Namizədin seçki qərargahından da bildirilib ki, seçicilər H.Rəcəbli ilə bağlı yazılanlardan narazıdır.

Qeyd edək ki, H.Rəcəbli ilə bağlı yayılan məlumatlarda onun seçicilərə yağ və pul payladığı iddia edilir.