“Xiaomi” Çində pərakəndə satış mağazalarını bağlayıb

30.01.2020 İqtisadiyyat
Çində koronavirusa yoluxanların sayının 4500 nəfəri ötməsi ilə əlaqədar “Xiaomi” şirkəti epidemiya ilə mübarizədə hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bu məqsədlə şirkət xüsusi alış-veriş rejiminə keçərək bir sıra elektronika mağazalarını bağlayıb.

"Kommersant.az" xəbər verir ki, yanvarın 28-dən etibarən şirkət Çində pərakəndə satış nöqtələrində satışları dayandırıb. Mağazaların fevralın 3-də fəaliyyətini bərpa edəcəyi gözlənilir. Karantinin müddəti uzadılacağı təqdirdə şirkətin müştərilərinə əlavə məlumat veriləcək

Şirkətin məlumatında mağazaların fəaliyyətinin dayandırılması müddəti ilə yanaşı, elektronika və digər malların alış-verişini istehsalçının rəsmi saytı və ya "Xiaomi Mall" mobil əlavəsi vasitəsilə etmək təklif olunur. Çatdırılma adi rejimdə həyata keçiriləcək. Alıcıların texniki xidmətə ehtiyacı olacağı təqdirdə onlara xüsusi nömrəyə zəng etmək təklif olunacaq.

İctnews

  • Əvvəlki

    “Android” və IOS sistemlərinə 117 yeni smayl əlavə oluna bilər - VİDEO

Digər xəbərlər

12.08.2022 İqtisadiyyat
Rayonlarda un qıtlığına səbəb nədir?
0 0
11.08.2022 İqtisadiyyat
Yeni xüsusi təyinatlılar and içdi
1 0
11.08.2022 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0