USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəriqaz”dan dələduzlarla bağlı əhaliyə - XƏBƏRDARLIQ

10.02.2020 İqtisadiyyat
0 0
“Azəriqaz” İB əhaliyə xəbərdarlıq edib.

"Kommersant.az" xəbər verir ki, "Azəriqaz" İB-dən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub:

"Belə ki, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək, özlərini "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər.

Onlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan dörd mənzildə olub və smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul alıblar. Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək, başlarına gələnləri danışıblar.

Qazdan istifadə edən abonentlərin nəzərinə çatdırırıq ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur. Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda "ASAN Kommunal" mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar. Bunun üçün "ASAN Kommunal" mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir.

Bir daha bəyan edirik ki, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil. Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb etməklə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz".

  • Əvvəlki

    “Apple” Azərbaycanda rəsmən şirkət açıb

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0