USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu malların Azərbaycandan aparılması qadağan edildi - VİDEO

17.02.2020 İqtisadiyyat
0 0
Bəzi tibbi ləvazimat və preparatların Azərbaycan ərazisindən aparılmasına qadağa qoyulub. Bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar imzalanıb.

"Kommersant.az" Xezerxeber.az-a istinadla xəbər verir ki, son günlər steril əlcək, baxıl, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatların ölkə ərazisindən kütləvi şəkildə aparılması halları aşkar edilib. Odur ki, Nazirlər Kabineti tərəfindən sadalanan məhsulların ölkə ərazisindən ixrac edilməsinə müvəqqəti məhdudiyyət qoyulub.

İqtisadçı alim Vüqar Bayramov deyib ki, bu qərar həmçinin daxili bazarda təminatın tam yerli istehsal hesabına qarşılanmasına yönəlib. Çünki indiki dövrdə belə məhsulları xüsusilə Asiya ölkələrindən idxal etmək təhlükəlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı müvəqqti xarakter daşıyır və mayın 1-dək qüvvədə olacaq. Artıq qərarın icrası ilə bağlı Səhiyyə , Xarici İşlər nazirliklərinə və Dövlət Gömrük Komitəsinə göstəriş verilib.

  • Əvvəlki

    Ayaz Mütəllibov Paşinyanın ittihamına cavab verdi - VİDEO

Digər xəbərlər