USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Büdcədən maliyyələşən qurumlar təbii qaz istifadəsini artırıb

18.02.2020 İqtisadiyyat
0 0
2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 2 259,4 mln. kVt.saat elektrik enerjisindən, 170,3 mln. kubmetr təbii qazdan, 25,9 mln. kubmetr sudan istifadə edilib.

2018-ci illə müqayisədə elektrik enerjisindən 7,8%, təbii qazdan 6%, sudan isə 2,8% çox istifadə edilib.

Hesabat dövründə istifadə edilən təbii qazın dəyəri 33,9 mln. manat, elektrik enerjisinin dəyəri 203,4 mln. manat, suyun dəyəri isə 25,6 mln. manat təşkil edib.

©Report