USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynaya yeni Baş nazir təyin edildi

05.03.2020 İqtisadiyyat
0 0
Ukrayna Ali Radası Denis Şmıqalı Baş nazir vəzifəsinə seçib.

"Kommersant.az"-ın məlumatına görə, deputatlardan 291-i onun Baş nazir vəzifəsinə namizədliyinin lehinə səs verib.

D.Şmıqal bundan əvvəl Baş nazirin müavini vəzifəsində çalışıb.

Ali Rada daha sonra hökumətin yeni tərkibini seçəcək.

Xatırladaq ki, bundan öncə Ukrayna Ali Radası Aleksey Qonçaruku Baş nazir vəzifəsindən azad etmişdi.

Deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs vermişdi.