USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün deputatlar koronavirus yoxlanışından keçiriləcək

09.03.2020 İqtisadiyyat
0 0
Bu gün deputatlar Milli Məclisə çağırılıb.

"Kommersant.az" bildirir ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

Koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. /Report

  • Əvvəlki

    Malayziyada koronavirusa yoluxanların sayı 99 nəfərə çatıb

Digər xəbərlər