USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sənaye məhsulu istehsalı artıb

13.03.2020 İqtisadiyyat
0 0
Azərbaycanda 2020-ci ilin yanvar-fevral aylarında 7,71 milyard manatlıq sənaye məhsulları istehsal edilib.

"Kommersant.az"-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Qeyri-neft və qaz sektorunda təxminən 2 milyard manata yaxın sənaye məhsulu istehsal edilib.

Qeyri-neft və qaz istehsalı sektorunda istehsal ümumi istehsalın 25,5 faizini təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft və qaz sektorunda istehsal 21,7 faiz artıb.

Qeyri-neft və qaz sektoruna qoyulan investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 1,03 milyard manat təşkil edib.

Qeyri-neft və qaz sənayesinə qoyulan investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 154,9 milyon manat təşkil edib.

  • Əvvəlki

    Ərdoğan xarici səfərləri təxirə salıb

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0