USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi

14.03.2020 İqtisadiyyat
0 0
Venesuelada COVİD-19 koronavirusu səbəbilə fövqəladə vəziyyət tətbiq edilir.

"Kommersant.az" xəbər verir ki, bu barədə ölkənin paytaxtı Karakasda çıxışı zamanı prezident Nikolas Maduro deyib.

N.Maduro bildirib: "Mən millətə təhlükə yaradan hallarda fövqəladə vəziyyət tətbiq etməyə imkan verən 338-ci maddəyə uyğun hərəkət edəcəyəm".

Dövlət başçısı həmçinin bütün vəzifəli şəxsləri "maksimal intizama" çağırıb: "Bizim əsas məqsədimiz virusun yayılmasının qarşısını almaqdır".

Qeyd edək ki, daha əvvəl Venesuelada COVİD-19 koronavirusuna ilk iki yoluxma halı qeydə alınıb.