USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda vəzifəli şəxs məhkəmə qarşısında

18.03.2020 İqtisadiyyat
0 0
Gəncə Dövlət Universitetinin dekan müavini Anar Yusifov barəsində açılan cinayət işi yekunlaşıb.

"Kommersant.az" Oxu.Az-a istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

A.Yusifovun barəsində aparılan ibtidai istintaq artıq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.