Apple şirkəti, Avropada ehtiyyat hissələri istehsalçılarına, yeni iPhone hissələri üzrə sifarişlərinin 20 faiz həcmində azala biləcəyi barədə xəbərdarlıq edib.
"Kommersant" xəbər verir ki, xəbərdən sonra Apple Inc. şirkətinin səhmləri ucuzlaşıb.
Apple tədarükçülərə bildirib ki, ilin 2-ci yarısının sonlarında çıxacaq iPhone-da istifadə ediləcək hissələrə sifarişləri 20 faiz ətrafında azalacaqdır.
Apple-ın səhmləri, ABŞ bazarları açılmadan əvvəlki əməliyyatlarda 2.1 faiz düşüb. Frankfurtda əməliyyat görən Apple səhmləri də 2.1%-ə qədər dəyərdən düşüb.
iPhone-a ehtiyat hissəsi istehsal edən AMS AG şirkətinin səhmləri isə 6.7 faiz ucuzlaşıb. Digər ehtiyat hissələri istehsalçıları Dialog Semiconductor, STMicroelectronics və Infineon Technologies-in də səhmləri ucuzlaşıb.