USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərhum energetika naziri Natiq Əliyevin xatirəsi anılıb

08.06.2018 İqtisadiyyat
0 0
Mərhum energetika naziri Natiq Əliyevin xatirəsi anılıb.

Energetika Nazirliyindən "Kommersant"a bildirilib ki, bu gün Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin vəfatından bir il ötür. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, “Azəristiliktəchizat “ASC-nin sədri Yaşar Həsənov və digər şəxslər ikinci Fəxri xiyabanda mərhumun məzarı önünə əklil və güllər qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Anım tədbirində tanınmış ictimai-siyasi xadim, mərhum energetika naziri, “Şöhrət” ordenli, əməkdar mühəndis Natiq Əliyevin ölkəmizin neft-qaz sənayesindəki fəaliyyəti, müstəqil Azərbaycanın enerji tarixindəki xidmətlərindən bəhs edilib. Bildirilib ki, müstəqillik illərində həyata keçirilən irimiqyaslı enerji layihələrinin hər birində Natiq Əliyevin mühüm rolu olub. 1994-cü ildə transmilli şirkətlərlə imzalanmış “Əsrin müqaviləsi” ilə başlanan yeni neft strategiyasının, ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində Natiq Əliyevin xidmətləri yüksək qiymətləndirilib. Onun Cənub Qaz Dəhlizi üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə töhfələri qeyd olunub.

Natiq Əliyevin tədqiqatçı-alim və beynəlxalq enerji siyasəti sahəsində mütəxəssis kimi fəaliyyətinə dair fikirlər söylənilib. Bildirilib ki, bacarıqlı təşkilatçı və təvazökar insan N.Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

  • Əvvəlki

    Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün attestasiya keçiriləcək

Digər xəbərlər