USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzinə qəbulu başlayıb

08.06.2018 İqtisadiyyat
0 0
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təlim mərkəzlərinə şagird qəbulu üzrə müsabiqə elan edib.

"Kommersant" SOCAR-a istinadla xəbər verir ki, müsabiqəyə Azərbaycan Respublikası vətəndaşı, bu il sentyabrın 15-dək 29 yaşı tamam olmayan, orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olan (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər) və hərbi bileti olan (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq) şəxslər müraciət edə bilər.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı http://new.socar.az/khs/upload/sayt%20uchun/ttm/khtm/index-khtm.html linki vasitəsilə “Qəbul qaydaları” bölməsindən, elektron müraciət formasını isə “Müraciət et” bölməsində doldurmaq olar. Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər. Müraciət üçün son tarix iyunun 21-i saat 17:00-dur.

  • Əvvəlki

    Mərhum energetika naziri Natiq Əliyevin xatirəsi anılıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0