USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün attestasiya keçiriləcək

08.06.2018 İqtisadiyyat
0 0
Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün attestasiya keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "Kommersant"a bildiriblər ki, qurum tərəfindən sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə namizədlər üçün iyunun 11-14-də attestasiyanın keçirilməsi nəzərdə tutulur.

"Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyada 22 sığorta vasitəçisi, 2 rəhbər şəxs iştirak edəcək.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

  • Əvvəlki

    Badamdarda satışı başlayır - 20 FAİZ UCUZDUR

Digər xəbərlər

27.02.2026 İqtisadiyyat
Neft qiymətləri yenidən yüksəlib
0 0
27.02.2026 İqtisadiyyat
Hasil Abbasov əmr imzaladı
0 0
27.02.2026 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
27.02.2026 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
26.02.2026 İqtisadiyyat
Manatın dövretmə sürəti azalıb
0 0