USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil Nazirliyi mühüm QƏRARI AÇIQLADI - Müəllimlərin DİQQƏTİNƏ

19.05.2020 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi "Virtual məktəb" (www.virtual.edu.az) portalında qeydiyyatdan keçməyən və şagirdlərə onlayn dərslər keçməyən müəllimlərə əməkhaqlarının verilməyəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

"Kommersant.az" xəbər verir ki, Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov saytımıza açıqlamasında bu məlumatın düzgün olmadığını söyləyib:

"Müəllimin portalda (www.virtual.edu.az) qeydiyyatdan keçməsi ilə onun əməkhaqqısı arasında heç bir əlaqə yoxdur. Bu portal müəllim və şagirdlər üçün yaradılan əlavə imkandır. Əgər müəllim dağ kəndində yaşayırsa, onun kompüter və interneti yoxdursa, o, dərslərə necə qoşula bilər?! Biz buna görə müəllimlərin əməkhaqlarını kəsə bilmərik. Bu məsələ müzakirə mövzusu da deyil".

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırıldığından Təhsil Nazirliyi tərəfindən aprelin 2-dən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Nazirliyin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. Portalda qeydiyyatdan keçən müəllimlər şagirdlərinə onlayn dərslər də keçə bilirlər.

Trend

  • Əvvəlki

    “Standard Insurance”ın səhmdarları kapital artımı üçün konkret plan təqdim etməyiblər - AMB

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0