USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk Hava Yolları beynəlxalq reyslərini bərpa edir

21.05.2020 İqtisadiyyat
0 0
Türkiyənin əsas yük daşıyıcısı “Turkish Airlines” şirkəti beynəlxalq reysləri iyunun 10-dan yenidən bərpa edəcək.

"Kommersant.az"-ın türk KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı deyib.

"Daxili uçuşlar iyunun 4-də, beynəlxalq reyslər isə 10 iyunda başlayacaq", - İ.Aycı bildirib.

İ.Aycının sözlərinə görə, sərnişinlər salona əl yüklərini daşıya bilməyəcəklər və bu növ yük üçün hesablanmış səkkiz kiloqram baqajın əsas hissəsinə əlavə ediləcək. Təyyarə salonuna yalnız əl çantalarının götürülməsinə icazə veriləcək.