Almaniya polisi, çirkli qaz qalmaqalı araşdırması çərçivəsində Audi-nin İcraçı direktoru Rupert Stadler və şirkətin digər idarə heyəti üzvünün evlərinə basqın təşkil edib.
Münhen Prokurorluğundan bildiriblər ki, Stadler və iş yoldaşı "dələduzluq" və "sənədləri saxtalaşdırmaq" maddəsilə ittiham olunur.
Şirkət, dizel avtomobillərin emissiya dəyərlərini manipulyasiya edən bir proqramı Avropa və ABŞ bazarlarında satmaqla günahlandırılır.