USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Böhran 10 il davam edəcək” - SENSASİON PROQNOZ

26.05.2020 İqtisadiyyat
0 0
2008-ci ildəki iqtisadi böhranı əvvəlcədən bilən məşhur iqtisadçı Nouriel Roubini koronavirusun təsiri ilə bağlı xəbərdarlıq edib.

"Kommersant.az"-ın xəbərinə görə, mütəxəssis global iqtisayyatın 10 ilə güclə özünə gələcəyini vurğulayıb. İqtisadçı virus səbəbilə itirilən iş yerlərinin geri qayıtmayacağını diqqətə çatdırıb: "Misli görülməmiş iqtisadi durğunluq dövrünə keçmişik. Qlobal iqtisadiyyat bərpa olunsa belə, böyümə çox aşağı səviyyədə olacaq. 2008-ci il böhranında istehsalın sürətlə azalması 3 illik dövrün sonunda oldu. Bu dəfə həmin nöqtəyə 3 ilə və ya 3 aya yox, sadəcə 3 günə çatdıq. İqtisadiyyatın bütün sahələrində zəifləmə müşahidə edildi. Ən az 10 il davam edəcək qlobal depressiya ilə qarşı-qarşıyayıq. Gələcəkdə baş verəcək bərpa U və ya L şəklində olacaq. U şəklində bərpanın mənası odur ki, iqtisadi aktivliklər, zəifləmədən sonra uzun müddət aşağı səviyyədə qalır və daha sonra yüksəlişə keçir. L şəklində bərpada isə vəziyyət daha da pisdir. Belə ki, bu bərpa dönəmində sıfır böyümə və ya kiçilmə dövrü daha çox olur".Yenisabah

  • Əvvəlki

    Hacıqabulda indiyədək qoyunlardan 26 tondan çox yun qırxılıb

Digər xəbərlər