USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tiflis Rusiyadan daha çox və ucuz qiymətə qaz alır

27.05.2020 İqtisadiyyat
0 0
Gürcüstan Rusiyadan aldığı təbii qazın həcmini 30 milyon kubmetrədək artıracaq. Eyni zamanda, təbii qazın qiyməti də aşağı salınacaq.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq Rusiyanın "Qazprom" şirkəti ilə təbii qazın tədarükü ilə bağlı müqaviləyə yenidən baxılır.

N.Turnava deyib ki, təbii qazın alınması ilə bağlı qiymətlər kommersiya sirridir. Bu gün Gürcüstanın təbii qaz bazarı tam rəqabətlidir və kommersiya qiyməti tədricən azalır. Bu da Rusiyadan alınan təbii qazın qiymətinin təxminən 15 faizə qədər aşağı düşməsinə səbəb olacaq.

"Rəqabət və dünyada neft məhsullarının ucuzlaşması faktını nəzərə alaraq, "Qazprom"la müqaviləyə yenidən baxılma qiymətlərin aşağı salınması məqsədi daşıyır", - deyə, N.Turnava vurğulayıb.

Nazirin sözlərinə görə, həm SOCAR, həm də "Qazprom" dünya bazarında yaranan vəziyyətə uyğun hərəkət edirlər. Zərurət yaranacağı təqdirdə qiymətlər bir qədər də aşağı salına bilər.

Qeyd edək ki, Gürcüstan hökuməti 2020-ci il üçün təbii qazın idxal proqnozuna yenidən baxıb. Nəticədə təbii qazın alınacağı mənbə və həcmlərdə dəyişiklik edilib. Yenilənən proqnoza görə, Gürcüstan 2020-ci ildə Azərbaycandan 2,348 milyard kubmetr təbii qaz idxal edəcək. Bunun da 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kubmetri isə "Şahdəniz"dən əldə ediləcək.

Digər bir dəyişiklik Gürcüstanın Rusiyadan alacağı təbii qazla bağlıdır. Belə ki, cari ildə Gürcüstan Rusiyadan 170 milyon kubmetr təbii qaz idxal etməyi nəzərdə tutsa da, yenilənən proqnoza əsasən, bu rəqəm 30 milyon kubmetr artırılaraq 200 milyon kubmetrə çatdırılıb.

  • Əvvəlki

    “Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0