USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bizə başqa xəstəlikdən ölən xəstələrə belə koronavirus yazmağımız üçün təzyiq olunur - İNFEKSİONİSTDƏN AÇIQLAMA

25.06.2020 İqtisadiyyat
0 0
Dünyada koronavirusun tüğyan etdiyi bir vaxtda amerikalı həkimlərin verdiyi açıqlamalar həm ölkə, həm də dünya gündəmini alt-üst edə bilər.

"Kommersant.az" xəbər verir ki, ABŞ-ın Missuri ştatının 20 il təcrübəsi olan təcili yardım baş həkimi Donald Erickson və həmkarı infeksionist Artin Massihi bu günə qədər olan bütün doğruların üzərindən xətt çəkəcək açıqlamalar verib. Belə ki, sözügedən həkimlərin söylədikləri bu vaxta qədər yaşadıqlarımızın böyük bir yalan olduğunu göstərir. Onların sözlərinə görə, bizim ölkə gündəmini də zəbt edən həkimlərə koronovirusun şişirdilməsi ilə bağlı olunan təzyiqlər, eləcə də sərt karantin qaydaları virusun pandemiya səviyyəsinə qaldırılması üçün təşkil olunub.

- Karantini necə dəyərləndirirsiniz?

- Karantini dəyərləndirmək üçün əvvəlcə karantin tətbiq olunan və olunmayan ölkələri müqayisə etmək lazımdır. Nə qədər çox test aparılırsa, nəticə o qədər yüksək olur. Məsələn, Norveç və İsveç. Norveçdə karantin tətbiq edilir, İsveçdə isə edilmir. Belə ki, İsveçdə sadəcə maska taxıldı, sosial məsafəyə diqqət edildi, normal həyat isə öz axarında davam etdi. Məktəblər, iş yerləri açıq qaldı. Orada yoluxma sayı 2 milyon civarı, ölüm sayı isə 1765 oldu. Norveçdə isə yoluxma 9000 civarı, ölüm sayı nisbətlə 0,03 faizdir. Kaliforniyada isə ölüm sayı 1220-dir. Onlar da ciddi karantin tətbiq edən ölkələrdəndir. Demək istədiyim yoluxma halının nə qədər olmasından asılı olmayaraq, ölüm sayı çox kiçikdir. Bəs bu qədər kiçik rəqəmlərə görə bütün iş yerlərini bağlayaraq insanlara maddi zərər vurmaq, yüzlərlə şirkətin müflis olmasına imkan vermək, neft sektorunun çökməsinə göz yummaq və s. bu kimi mənfi təsirlərə baxmayaraq karantini tətbiq etmək doğrudur?

- O zaman siz karantinin səhv qərar olduğunu və bu vaxta qədər yanlış yoldan getdiyimizi demək istəyirsiniz?

- Biz başda hansı addımın doğru olduğunu bilmirdik. Amma indi atılan addımların nəticələrini əldə etdikcə görürük ki, karantin hər mənada insanlara mənfi təsirlər göstərdi. Məsələn, karantin nəticəsində işsiz və pulsuz qalan insanların evdə içki içərək ciddi problemlər yaşadığı görüldü. Hər gün bədəni, üzü, gözü göyərmiş halda onlarla qadın, uşaq təcili yardıma gətirilir. Boşanmaların sayı artır. Depressiya, narahatlıq, intihar cəhdləri ciddi şəkildə çoxalır. Təhsil, iqtisadiyyat çöküb, səhiyyədə ciddi narahatlıqlar, kadr çatışmazlığı var. Nəzərə almaq lazımdır ki, Covid19 bizi məşğul edən yüzlərlə xəstəlikdən biridir. Və mən bu sadaladıqlarımı hər hansı qəzetdən oxumamışam. Bunlar mənim hər gün öz gözümlə görüb dərk etdiyim gerçəklərdir. Həm də dünya tarixinə baxdıqda bu vaxta qədər sonsuz sayda bu kimi xəstəliklər yayılıb, amma heç birində sağlam insanlar evlərinə qapadılmayıb. Xəstələri karantinə almaqla kifayətlənilib. Məsələn, adi bir şeyə diqqət edək. Koronavirusu plastik səthlərdə 3 günə qədər yaşaya bilir. Karantin dönəmində isə marketlər işləyir. Və biz sadəcə alış-veriş etməklə virusa bulaşa bilərik. Yəni əgər gəlib evlərinizdəki əşyalarda korona testi aparsam, böyük ehtimal pozitiv nəticələr əldə edəcəyəm. Bəs bu halda marketləri açıb, iş yerlərini bağlayaraq hansı məntiqdən danışa bilərik? Əgər bu ciddi karantindirsə, marketlər belə açıq olmamalıdır.

Digər tərəfdən, biz illərlə mikrobiologiya, biokimya oxumuşuq. Və təcrübələr göstərir ki, insanları belə ciddi karantinə alaraq onların sadəcə immun sistemini zəiflədirlər. Davamlı hər yeri təmizləyərək, ətraf mühitlə təması kəsərək qorunmaq olmaz. Çünki insan ətrafındakı dünya ilə bakteriya və mikrob alış-verişi edərək immunitet qazanır. Siz davamlı hər yeri təmizləsəniz və mikrobları öldürsəniz, orqanizminizin müqavimət gücü xeyli aşağı düşəcək. Nəticədə isə çölə çıxdığınızda ən kiçik virus və ya bakteriyaya qarşı belə gücsüz olacaqsınız. Bu halda xəstəliklər ciddi şəkildə artacaq. Səhiyyə sisteminin belə çökmüş vəziyyətində isə insanlara yardım etmək mümkün olmayacaq.

- Koronavirusun qripdən 10 qat daha ağır xəstəlik olduğu fikri də səhvdir?

- Başlarda biz də bu cür düşünürdük. Lakin hazırda əlimizdə olan statistika onu göstərir ki, yanılmışıq. Mən hər gün iş saatım bitdikdən sonra oturub araşdırma aparıram. Yəni bu dediklərimi bir binanın təpəsindən aşağı baxaraq demirəm. Statistika isə onu göstərir ki, hər il dünyada qripdən 24 - 62 min arası insan dünyasını dəyişir. Faiz nisbəti ilə götürsək, qripdən olan ölüm faizi 0,13 olduğu halda, koronavirusdan ölənlərin say nisbəti 0,02-dir. Yəni, virusun yayılma sürəti güclü olsa da, ölüm sayı aşağıdır.

- Elə isə dediklərinizdən bu nəticəyə gəlmək olar ki, virusun təhlükəsi olduğundan çox şişirdilir?

Bu gün belə bir reallıq var ki, şəxsən mənim özümə dəfələrlə başqa xəstəlikdən belə dünyasını dəyişmiş insana ölüm səbəbi kimi koronavirus yazmağım üçün təzyiqlər olunub. Niyə? yəqin ki, vəziyyəti daha ciddi göstərmək, insanları qorxutmaq üçün. Digər ölkələrdə işləyən həmkarlarımla söhbət zamanı onlar da eyni vəziyyəti yaşadıqlarını bildiriblər.

- Bəs bu təlimatlar haradan gəlir?

Təlimatın xəstəxananın baş həkimindən, yoxsa dövlətdən gəldiyini bilmirəm. Amma bu bir reallıqdır. İnsanlar ölən zaman artıq heç kim bu insanın bu vaxta qədərki başqa xəstəliyini yoxlamır. Düşünülmür ki, məsələn, bu insanın ağ ciyərləri onsuz da sıradan çıxmışdı. Sadəcə bədənində koronavirusu da mövcud idi.

- Yəni siz karantinin ləğv edilməsini və insanların maskalardan imtina etməsini təklif edirsiz?

- Bəli. Qətiyyətlə deyirəm. İş yerləri açılmalıdı, iqtisadiyyat, təhsil bərpa olunmalıdı. Mən çöldə gəzirəm. Nə maska taxıram, nə də əlcəklərdən istifadə edirəm. Təkrar edirəm, siz buna qərar verməlisiniz: immun sisteminizin güclənməsini istəyirsiniz, ya yox? Amma bununla yanaşı da testlər aparılmalıdır.

  • Əvvəlki

    Ən çox ticarət apardığımız Körfəz ölkələri - Siyahı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0