USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox ticarət apardığımız Körfəz ölkələri - Siyahı

25.06.2020 İqtisadiyyat
0 1
Yanvar-may aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 129,3 milyon ABŞ dolları, BƏƏ ilə 16,1 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 5,3 milyon dollar olub. İran və BƏƏ ilə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrünə nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 116,3 milyon dollar, BƏƏ-dən 11,6 milyon dollar, Səudiyyə Ərəbistanından isə 4,5 milyon dollar təşkil edib. Bu ölkələr ilə keçən ilin eyni dövrünə nisbətən idxal əməliyyatları azalıb.

  • Əvvəlki

    Koronavirusa yoluxan deputat Sahib Alıyevin son durumu - VİDEO

Digər xəbərlər