USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil ekspertindən millət vəkilinin 1-ci siniflərlə bağlı fikrinə münasibət

26.06.2020 İqtisadiyyat
0 0
"7 ildən sonra birinci sinifə gedən şagirdlərin sayında çox da ciddi bir problem olmayacaq".

"Kommersant.az" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov millət vəkili Etibar Əliyevin "pandemiyanın ən böyük təsirini 7 ildən sonra birinci sinfə gedən şagirdlərin sayında görəcəyik" fikrini şərh edərkən deyib.

"Mən belə düşünmürəm. Çünki 1-ci sinfə gedən 165 min uşağın yalnız 15 mini ailələrin ilk övladı olur. Bir il ərzində Azərbaycanda 68-72 min nəfər nikaha daxil olur.

Onların arasında ailə həyatının birinci ilində uşaq dünyaya gətirən 35-40 min ailə olur. Digər hissə 2-ci ilə təsadüf edir. Bundan başqa uşaqların 5-6-7 yaşda məktəbə getməsini nəzərə alsaq, 7 il sonra çox da ciddi bir problem olmayacaq", - ekspert deyib.

Kamran Əsədov qeyd edib ki, 2018 -ci ildə 138 min uşaq dünyaya gəlib:

"Amma 2000- ci ildə 116 min, 2005-ci ildə isə bu say 141 min olub. Ümumiyyətlə, 2015-ci ildən etibarən doğulan uşaqların sayında azalma müşahidə olunur. Amma 2020-ci ilin pandemiya ili 2026-2027-ci il üçün şagird sayına təsir göstərməyəcək. Düzdür, nikaha daxil olanların sayı azalıb, amma hazırda Azərbaycanda 2 milyon 85 min ailə var. Bunların da karantin dövründə evdə qaldığını nəzərə alsaq, əvvəlki illərdə müşahidə olunmayan çoxuşaqlı ailələr olacaq. Bu da azalan nikahları konpensasiya edə

  • Əvvəlki

    Postlarda tibb məntəqəsi quraşdırıla bilər - VİDEO

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0