Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.
"Kommersant.az" qazet.az-a istinadən xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mümkündür.
Bir sıra KİV və sosial şəbəkələrdə iyulun 5-dən sonra karantin rejiminin uzadılması ilə bağlı müxtəlif müzakirələr gedir.
Hazırda bir çox vətəndaşı iyulun 5-dən sonra karantin rejiminin tətbiq edilib-edilməyəcəyi maraqlandırır.
Qazet.az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. Bildirilir ki, karantin rejiminin yenidən uzadılması Operativ Qərargahın qərarından asılı olacaq.